Xəbərlər

Siyarto ABŞ maliyyə naziri ilə Rusiyaya qarşı sanksiyaların ləğvi imkanlarını müzakirə edib

Macarıstanın xarici işlər naziri Peter Siyarto çərşənbə günü Vaşinqtonda ABŞ-ın maliyyə naziri Skott Bessent ilə görüşündə Rusiyaya qarşı bəzi enerji sanksiyalarının ləğvi imkanlarını müzakirə edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Siyarto özü bildirib.

“Əlbəttə, biz ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyası tərəfindən görülən və Macarıstanın enerji təhlükəsizliyinə xələl gətirən sanksiya tədbirləri ilə bağlı məsələ qaldırdıq. Aydındır ki, sanksiyalar siyasətinin gələcəyi Ukraynada müharibənin nə qədər tez və hansı şəkildə başa çatması ilə sıx bağlıdır. Ukraynada müharibə nə qədər tez bitsə, beynəlxalq siyasi həyat bir o qədər tez normallaşacaq və biz müxtəlif sanksiyalardan bir o qədər tez qurtula biləcəyik”, – nazir qeyd edib.