Xəbərlər

Siyarto: Aİ Ukraynadakı münaqişənin həlli səylərinə mane olur

“Avropa İttifaqına (Aİ) üzv olan bir sıra dövlətlər Ukraynadakı münaqişənin həlli səylərinə mane olur”.

“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

“Təəssüf ki, bir çox Avropa liderləri sülh səylərinə mane olurlar. Onlar sözdə sülh yolu ilə həllin tərəfdarı ola bilərlər, amma əslində bu münaqişəni qızışdırırlar. Macarıstan son üç il yarımdır ki, atəşkəs və sülh danışıqlarının tərəfdarıdır. Bütün bu müddət ərzində, son iki ay istisna olmaqla, Avropanın qalan hissəsi Macarıstanı buna görə tənqid edib”, – o bildirib.