“Avropa İttifaqı (Aİ) Rusiya və Çinlə sıx işgüzar münasibətlər saxlamalıdır”.
“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr üzrə naziri Peter Siyarto deyib.
“Son illərdə Avropa iqtisadiyyatını Çin və Rusiya iqtisadiyyatından ayırmaq cəhdləri çox ciddi narahatlıq doğurur, çünki bu kimi addımlar Avropaya böyük ziyan vura bilər”, – o qeyd edib.