Xəbərlər

Siyarto: Ər-Riyadda baş tutacaq Rusiya-ABŞ danışıqlarını alqışlayırıq

Macarıstanın xarici işlər naziri Peter Siyarto Ukraynadakı münaqişənin həllini müzakirə etmək üçün fevralın 18-də Səudiyyə Ərəbistanında başlayacaq Rusiya-Amerika danışıqlarını alqışlayıb.

“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın xarici işlər naziri özü bildirib.

“Orada Avropa İttifaqı (Aİ) liderlərinə yer yoxdur, çünki onlar sülhü deyil, hərbi əməliyyatların davam etdirilməsini müdafiə edirlər”, – Siyarto qeyd edib.