“Budapeşt Rusiya neftini açıq şəkildə, bir çox Avropa ölkələri isə onu aşağı qiymətlərə görə dolayı yolla alır”.
“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
“Macarıstan açıq şəkildə Rusiya neftini alır, çünki bizim başqa seçimimiz yoxdur. Bəzi Avropa ölkələri isə onu gizli şəkildə alırlar”, – o əlavə edib.



