“Macarıstan Rusiyaya qarşı sanksiyaların uzadılması məsələsinə Avropa Komissiyasından ölkənin enerji təhlükəsizliyinə təminat alıb-almayacağından asılı olaraq qərar verəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.
“Bu gün Avropa İttifaqı (Aİ) Xarici İşlər Nazirləri Şurasının iclasında səsvermə olacaq. Bizim mövqemiz Avropa Komissiyasının gələcəkdə Aİ-yə üzv dövlətlərin enerji təhlükəsizliyinin təhlükə altında olduğu bütün hallarda lazımi tədbirlər görəcəyinə zəmanət verib-verməməsindən asılı olacaq”, – nazir qeyd edib.