Xəbərlər

Siyarto Moskvada səfərdədir

Macarıstanın xarici işlər və iqtisadi əlaqələr naziri Peter Siyarto Rusiya hökumətinin nümayəndələri ilə danışıqlar aparmaq üçün Moskvaya səfər edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Macarıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, o, Ukraynadakı münaqişənin həlli perspektivlərini, həmçinin ikitərəfli əməkdaşlıq məsələlərini, o cümlədən enerji sektorunda əlaqələri müzakirə etməyi planlaşdırır.

“Dünən ABŞ və Rusiya arasında sülh danışıqları dünyanı yenidən təhlükəsiz etdi. Biz üç ildir deyirik ki, kommunikasiya kanalları açıq olmalıdır. Bu gün Moskvada keçiriləcək danışıqlarda sülh, enerji təhlükəsizliyi və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunacaq”, – Siyarto “Facebook”da yazıb.