Xəbərlər

Siyarto: Paris sammitinin iştirakçıları Ukraynada sülhün qarşısını almaq istəyirlər

“Avropa İttifaqının (Aİ) fevralın 17-də Parisdə keçirilməsi planlaşdırılan fövqəladə sammitinin iştirakçıları 3 ildir ki, Ukraynadakı müharibənin daha da genişlənməsinə şərait yaradanlardır və onlar münaqişənin sülh yolu ilə həllinin qarşısını almaq üçün əllərindən gələni edirlər”.

“Füyuzat”ın məlumatına görə, bunu Qazaxıstana səfəri zamanı Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

“Bu gün Parisdə son üç ildə davamlı olaraq Ukraynadakı müharibənin genişlənməsinə şərait yaradanlar görüşür. Bunlar müharibənin tərəfində olan, yanlış sanksiyalar strategiyasını dəstəkləyən ölkələrdir”, – o qeyd edib.