“Macarıstan Avropa İttifaqı (Aİ) rəhbərliyinə Rusiya neft və qazından istifadəni qadağan etməyə imkan verməyəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Budapeştdə Aİ-nin səfirləri ilə görüşündə deyib.
“Brüssel tamamilə yanlış istiqamətdə hərəkət edir. Onlar Ukraynada müharibəni davam etdirmək, qeyri-qanuni miqrantları içəri buraxmaq və bizə gender çılğınlığı tətbiq etmək istəyirlər. Bundan əlavə, bizə ucuz rus nefti və qazından istifadə etməyimizi qadağan etmək istəyirlər ki, bu da macar ailələrinin kommunal xərclərini iki, üç və hətta dörd dəfə artım ilə təhdid edir. Biz bunu Aİ-yə açıq şəkildə bildirəcəyik”, – Siyarto əlavə edib.