“Şərq və Qərb sivil dialoq qurmalı, həmçinin dünyanı mənfi nəticələrdən qorumaq üçün Ukraynadakı münaqişənin həlli yolunu tapmalıdır”.
“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Rusiya Prezidenti Vladimir Putinin ölkənin nüvə doktrinasını yeniləmək qərarını şərh edərkən deyib.
“Hesab edirəm ki, bu, bizim mövqeyimizin düzgünlüyünü, yəni Şərqlə Qərb arasında sivil dialoqun bərpa olunmasının zəruriliyini, həmçinin Ukraynadakı müharibəyə ilk növbədə atəşkəs və danışıqlar yolu ilə son qoyulmalı olduğunu göstərən növbəti hadisədir”, – Siyarto bildirib.