“Respublikaçılardan prezidentliyə namizəd Donald Trampın ABŞ prezident seçkilərində qalib gəlməsi Ukraynadakı münaqişənin sülh yolu ilə həlli şanslarını artırır”.
“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Amerika seçkilərində respublikaçı namizədin qələbəsinə münasibət bildirərkən deyib.
“Siyasət təcrübə tələb edən bir peşədir. Donald Trampın birinci prezidentliyi dövründə Macarıstan-Amerika siyasi münasibətləri pik həddə idi, dialoq və danışıqlar qlobal təhlükəsizliyi təhdid edən münaqişələrin həllində əsas yer tuturdu. Biz ümid edirik ki, Macarıstan-Amerika siyasi əməkdaşlığı normallaşacaq, çünki biz sülh, qeyri-qanuni immiqrasiya və ailələrin qorunması ilə bağlı oxşar fikirləri bölüşürük”, – nazir bildirib.