“ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həllinə sadiqdir və sülh Co Bayden administrasiyasının müqavimətinə baxmayaraq, əldə edilə bilər”.
“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Vaşinqtonda ABŞ prezidentinin milli təhlükəsizlik üzrə gələcək köməkçisi Mayk Vals ilə görüşündə deyib.
“Biz Donald Trampın bu müharibənin bitməsini tez bir zamanda reallığa çevirmək məqsədinə çox yaxınıq. NATO ölkələrinin xarici əlaqələr idarələri rəhbərlərinin dekabrın 3-4-də Brüsseldə keçirilən görüşündə ABŞ-ın hazırkı dövlət katibi Entoni Blinken Ukrayna münaqişəsinin davam etdirilməsinə yönəlmiş tamamilə fərqli mövqe nümayiş etdirib. Hakimiyyətdən gedən Amerika administrasiyası yanvarın 20-dən sonra Trampın inauqurasiyası zamanı Ukraynada sülhün bağlanmasını çətinləşdirməyə çalışır”, – Siyarto əlavə edib.