Xəbərlər

Siyarto: Ukraynadakı münaqişəni döyüş meydanında həll etmək olmaz

Vəziyyət göstərdi ki, Ukraynadakı münaqişənin döyüş meydanında həlli yoxdur.

“Füyuzat”ın məlumatına görə, bunu Yaponiyanın aparıcı beyin mərkəzlərindən biri – Sasakava Sülh Fondunda çıxışı zamanı Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto deyib.

“Bu müharibənin döyüş meydanında həlli yoxdur. Döyüş meydanında ölülər və dağıntılar var, amma həll yolu yoxdur. Qərb dünyası Ukraynaya silah tədarükünə yüzlərlə milyard avro xərcləyib. Ukrayna cəbhəni yarmağa müvəffəq oldumu? Xeyr, ola bilməz. Bu müharibədə heç bir tərəfin qalib gələ bilməyəcəyini başa düşmək lazımdır”, – macar nazir qeyd edib.

Siyarto əlavə edib ki, atəşkəs və danışıqlar yolu ilə həll yolu tapılmalıdır.