Xəbərlər

Siyarto: Ukraynanın Aİ-yə daxil olması Avropada müharibənin davamı demək olacaq

“Rusiya ilə silahlı münaqişədə olan Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması bütün Avropada müharibəyə səbəb olacaq”.

“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.

“Belə bir vəziyyətdə Ukraynanın Avropa İttifaqının təhlükəsizlik sisteminə qoşulması iqtisadi baxımdan faciəvi nəticələrə səbəb olardı, çünki hərbi münaqişədə iştirak edən ölkənin inteqrasiya prosesinə daxil edilməsi əslində müharibənin davam etməsi deməkdir”, – nazir qeyd edib.