“Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması ona təhlükəsizlik zəmanəti verməyəcək, bu yalnız Aİ-nin özünün əhəmiyyətli dərəcədə zəifləməsinə gətirib çıxaracaq”.
“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Qərb dövlətləri tərəfindən Ukraynaya hansı təhlükəsizlik zəmanətlərinin verilməsi ilə bağlı müzakirələri şərh edərkən deyib.
“Aİ hərbi ittifaq deyil. Ukraynanın bu ittifaqa qəbulu cəmiyyətin özünü riskə atacaq, çünki bu, bir çox sahələrdə, o cümlədən təhlükəsizlikdə son dərəcə mənfi nəticələrə gətirib çıxaracaq”, – o əlavə edib.



