Xəbərlər

Slovakiya parlamentinin nümayəndə heyəti Rusiyaya səfər edəcək

“Slovakiya Parlamentinin nümayəndə heyəti Moskvadan müxtəlif tədbirlərdə iştirak etmək üçün dəvət alıb və 2025-ci ildə yenidən Rusiya Federasiyasına səfər edəcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Slovakiya hökumət koalisiyasının üzvü, Milli Şuranın vitse-spikeri Andrey Danko bildirib.

“Biz müxtəlif tədbirlərə dəvət almışıq. Əminəm ki, bizim parlament nümayəndə heyətinin Rusiyaya səfəri bu il üçün sonuncu deyil”, – o qeyd edib.

Verilən məlumata görə, Slovakiya nümayəndə heyətinin üç gün Moskvada qalacağı və yanvarın 15-də Bratislavaya qayıdacağı bildirilib.