“Slovakiya Ukraynanın NATO-ya qəbulunun əleyhinə olacaq”.
“Füyuzat”ın məlumatına görə, bunu Slovakiyanın baş naziri Robert Fiko mətbuat konfransında bildirib.
“Ukrayna NATO-ya üzv olmaq istəyirik deyə bilər. Bu, onların sərbəst qəbul etdiyi qərar olacaq. Biz deyirik ki, parlamentdə Ukraynanın NATO-ya qəbulu ilə bağlı sənədləri ratifikasiya etməyəcəyik, çünki Slovakiyaya neytral Ukrayna lazımdır. Ukrayna NATO-ya üzv olarsa, biz də risk altında olacağıq”, – Fiko deyib.
Qeyd edək ki, Slovakiya Ukraynanın Avropa İttifaqına qəbul edilməsi ideyasını dəstəkləyir. Fiko Brüssel və Kiyev arasında bu prosesin başlanması ilə bağlı danışıqların mümkün qədər tez başlamasının tərəfdarıdır.