Xəbərlər

Slovakiya XİN-i Ukrayna münaqişəsinin həlli əsas prioritetdir

“Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə tezliklə nail olunmasının dəstəklənməsi Slovakiyanın xarici siyasətinin əsas prioritetidir”.

“Füyuzat”ın məlumatına görə, bunu Slovakiyanın xarici və Avropa işləri naziri Yuray Blanar deyib.

“Biz atəşkəsin mümkün qədər tez bağlanması üçün zirvə görüşünün hazırlanması və keçirilməsinə hər vasitə ilə kömək etməyə hazırıq”, – xarici işlər naziri bildirib.