Xəbərlər

Slovakiya XİN: Yaxın Şərqdəki münaqişənin həlli Fələstinin müstəqilliyinin tanınmasıdır

“Fələstinin müstəqilliyinin tanınması Yaxın Şərqdəki münaqişənin yeganə qalıcı həllidir”.

“Füyuzat”ın məlumatına görə, bunu Slovakiyanın xarici və Avropa işləri naziri Yuray Blanar deyib.

“Yaxın Şərqdəki vəziyyətin yeganə uzunmüddətli effektiv həlli iki dövlətin – İsrail və Fələstinin müstəqilliyidir. Beləcə, bir tərəfdən ərəb dövlətləri İsraili tanımaq məcburiyyətində qalacaq, digər tərəfdən Fələstinin də muxtariyyəti tanınacaq”, – Blanar bildirib.