Xəbərlər

Şmıqal: Ukrayna münaqişəyə özünün sülh formulası əsasında son qoyacaq

“Kiyev Çin, Hindistan və Braziliyanın təklif etdiyi Ukrayna münaqişəsinin həlli planlarını müzakirə etməyə hazırdır”.

“Füyuzat”ın məlumatına görə, bunu Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Braziliya və Çinin təqdim etdiyi sülh planını kəskin tənqid edib.

“Biz Çin, Hindistan və Braziliyanın təklifləri ilə müzakirə edə və kompromislər axtara bilərik, lakin bu, yalnız beynəlxalq qanunvericilik və BMT Nizamnaməsi çərçivəsində baş tuta bilər”, – Şmıqal Finlandiyanın Baş naziri Petteri Orpo ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında.

Şmıqal bir daha bəyan edib ki, Ukrayna münaqişəyə məhz özünün sülh formulası əsasında son qoymaq niyyətindədir.