Xəbərlər

SOCAR Suriya Hökuməti ilə Anlaşma Memorandumu imzalayıb

Bu gün Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın ölkəmizə işgüzar səfəri çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb.

“Füyuzat”ın məlumatına görə, Memorandumu Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir imzalayıblar.