Almaniya kansleri Olaf Şolts Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlara Avropa İttifaqının (Aİ) cəlb edilməsinin vacibliyinə diqqət çəkib və bəyan edib ki, Avropa heç kimə Ukraynanın demilitarizasiyası ilə bağlı razılığa gəlməyə imkan verməyəcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə Almaniya kansleri özü qeyd edib.
“Ukrayna ilə bağlı ABŞ-Rusiya müqavilələrinin bağlanması ehtimalına qarşıyıq. Biz avropalılar buna imkan verməyəcəyik. Həmçinin Ukraynanın demilitarizasiyası ilə bağlı heç kimin razılığa gəlməsinə də imkan verməyəcəyik. Ukraynaya güclü ordu lazımdır”, – Şolts qeyd edib.