Xəbərlər

Şolts Cənubi Koreyada baş verən qəza ilə bağlı başsağlığı verib

Almaniya kansleri Olaf Şolts Cənubi Koreyanın Muan şəhərində sərnişin təyyarəsinin eniş zamanı idarəetmədən çıxması nəticəsində baş verən qəzada həyatını itirənlər üçün başsağlığı verib.

“Füyuzat”ın məlumatına görə, bu barədə kansler “X” hesabında bildirib.

“Cənubi Koreyada çox sayda insanın ölümü ilə nəticələnən təyyarə qəzası xəbərini aldıq. Qəzada həyatını itirənlərin ailələrinə başsağlığı verir və yaralılara tezliklə şəfa diləyirik”, – Şolts əlavə edib.