Xəbərlər

Şolts: Hələlik Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı danışıqlar aparılmır

“Hazırda Ukraynanın NATO-ya üzvlüyündən söhbət getmir”.

“Füyuzat”ın məlumatına görə, bunu Almaniya kansleri Olaf Şolts deyib.

“Amerika hökuməti Ukraynanın NATO-ya üzv olmasını təxirə salır. NATO Ukraynanın üzv olmasına qarşı deyil, lakin onun üzv olması ilə bağlı danışıqlar aparılmır. Bəzilərinin Ukraynanın ərazisini verə biləcəyini söyləməsi mənim xoşuma gəlmir. Bu onların şəxsi işidir. Ukraynaya kömək etmək lazımdır ki, onun güclü ordusu olsun. Axı zəif iqtisadiyyatı ilə o, özünümüdafiə üçün lazım olan böyüklükdə bir ordunu maliyyələşdirə bilməyəcək”, – kansler qeyd edib.