Xəbərlər

Şolts: İranın İsrailə hücumu bölgədə gərginliyin artmasına səbəb ola bilər

Almaniya kansleri Olaf Şolts İranın İsrailə raket hücumunu pisləyib və bunun bütün regionda vəziyyətin gərginləşməsinə səbəb olduğunu qeyd edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Olaf Şolts mətbuata açıqlamasında deyib.

“Bununla İran bütün regionu oda atmaq riski yaradıb. Bunun qarşısı nəyin bahasına olursa olsun alınmalıdır. İranın İsrailə raket hücumları ən sərt şəkildə pislənməlidir. İsrail və onun müttəfiqlərinin hava hücumundan müdafiə qüvvələri sayəsində dünən İranın hücumu böyük ölçüdə dəf edilib”, – o bildirib.