Xəbərlər

Şolts: NATO-nun Ukraynadakı münaqişəyə cəlb olunması fəlakətə səbəb olacaq

“Şimali Atlantika Alyansının (NATO) Ukrayna münaqişəsinə qarışması fəlakətə səbəb olacaq, bunun qarşısı alınmalıdır”.

“Füyuzat”ın məlumatına görə, bunu Almaniya kansleri Olaf Şolts Berlində ABŞ Prezidenti Co Baydenlə birgə mətbuat konfransında deyib.

“Mövqeyimiz aydındır. Biz Ukraynanı mümkün qədər dəstəkləyirik. Eyni zamanda, NATO-nun münaqişənin tərəfinə çevrilməməsini, bu müharibənin daha böyük fəlakətə gətirib çıxarmamasını təmin edirik. Biz bunu yaxşı bilirik. Bu məsuliyyəti heç kim daşıya bilməz və bizdən nümunə götürülməlidir”, – Şots qeyd edib.

Almaniya hökumətinin başçısı bir daha Ukraynaya gələcəkdə dəstək olacaqlarını açıqlayıb.