Xəbərlər

Şolts: Ukrayna münaqişəsi ilə bağlı danışıqların vaxtı çatıb

“Ukraynadakı münaqişədə sülhün necə əldə olunacağını müzakirə etmək vaxtıdır. Rusiya böhranın həlli üçün yeni sammitdə iştirak etməlidir”.

“Füyuzat”ın məlumatına görə, bunu Almaniya kansleri Olaf Şolts söyləyib.

“Məncə indi müharibə vəziyyətindən sülhə necə keçəcəyimizi müzakirə etməli olduğumuz andır”, – o bildirib.

Şolts yeni konfransın keçirilməsini təkid edib: “Ukrayna Prezidenti Volodimir Zelenski və mən yekdil fikirdəyik ki, yeni konfransda Rusiyanın da təmsil olunması lazımdır”.