Xəbərlər

Şolts və Ərdoğan telefonla danışıb

Almaniya kansleri Olaf Şolts Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb.

“Füyuzat”ın məlumatına görə, bunu Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebestreit deyib.

Verilən məlumata görə, liderlər Suriyadakı vəziyyəti müzakirə edib və ölkənin ərazi bütövlüyü və suverenliyinin qorunmasının vacibliyini vurğulayıblar.

“İndi edilməli olan şey Suriyanın etnik və dini müxtəlifliyindən asılı olmayaraq bütün suriyalılar üçün təhlükəsiz bir diyara çevrilməsini təmin etməkdir. Bu həm də onların ərazi bütövlüyünü və suverenliyini qorumaq deməkdir. Bu məqsədlərə nail olmaq üçün tərəfdaşlarla birgə işləmək lazımdır”, – məlumatda qeyd edilib.