Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Suriyada hakimiyyət dəyişikliyindən sonra suriyalıların vətənlərinə qayıtma sürətinin kəskin surətdə artdığını, son bir ayda qayıdanların sayının 52,6 min nəfərə çatdığını bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə nazir jurnalistlərə müsahibəsində deyib.
“2024-cü il dekabrın 8-i, Suriyada hökumət dəyişikliyindən əvvəl hər ay orta hesabla 11 min adam ölkəsinə qayıdıb. Son bir ayda isə 52,6 min nəfər könüllü olaraq Türkiyədən Suriyaya geri dönüb”, – nazir əlavə edib.