“Amerikalıların əksəriyyəti Baydenin prezidentlik seçkilərindən geri çəkilməli olduğunu düşünür”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Associated Press (AP) məlumat yayıb.
Məlumata görə, NORC tədqiqat mərkəzi amerikalılar arasında sorğu aparıb. İctimai rəy sorğusunun nəticəsində məlum olub ki, amerikalıların 70 %-i ABŞ Prezidenti Co Baydenin seçki kampaniyasına son qoymalı və Demokratlar Partiyasının prezidentliyə başqa bir namizəd irəli sürməsinə icazə verməli olduğunu düşünür.
Respondentlərin yalnız 28%-i Baydenin kampaniyasını davam etdirməli olduğunu hesab edir.