Xəbərlər

Sosial Tədqiqatlar Mərkəzi ESOMAR-a üzv olub

Sosial Tədqiqatlar Mərkəzi (STM) data araşdırma və rəy tədqiqatları sferasında qlobal platforma olan ESOMAR-ın üzvü olub.

“Füyuzat”ın məlumatına görə, bu barədə STM-dən bildirilib.

Qeyd edək ki, ESOMAR – Avropa Rəy və Bazar Tədqiqatı Cəmiyyəti tədqiqatlar sferasında 1947-ci ildən fəaliyyət həyata keçirməklə, 130-dan çox ölkədən data və rəyaraşdırma mərkəzlərini peşəkar standartlar çətirində birləşdirən, eyni zamanda, beynəlxalq sektorda tanınma və qəbuledilmə imkanı formalaşdıran (xüsusən layihələr zamanı da əlverişlilik yaradır) və digər çoxsaylı müsbət imkanlar təmin edən mühüm assosiasiyadır. Qlobal platformanın fərdi və təşkilati üzvləri yüksək keyfiyyətli, etik tədqiqat praktikasına zəmanət yaradan Bazar Araşdırmaları və Sosial Tədqiqatlar üzrə ICC/ESOMAR Beynəlxalq Kodeksinə qoşulmaqla imzalanmış müqavilə əsasında Kodeksə riayət edilməsinə razılıq ifadə etməklə beynəlxalq mühitdə peşəkar kimi qəbul olunmaqla bağlı ciddi imkana malik olurlar.

Dünya miqyasında rəy analitikası işini təşviq və inkişaf etdirmək üzrə əsas təşkilat kimi ESOMAR-da fərdi müraciətlər əsasında üzvlüklərdən fərqli olaraq, korporativ üzvlük qurumun əməkdaşlarına təşkilati qaydada ESOMAR imkanlarına əhatəli çıxış təşkil edir. Bu baxımdan, STM korporativ üzvlük əldə etməklə öz brendinə bu kimi beynəlxalq platformaya təşkilati qoşulma və bununla daha geniş şərait formalaşdırır.