Xəbərlər

Şotlandiya rəhbəri: Region beş il ərzində müstəqillik əldə edə bilər

Şotlandiya yaxın 5 il ərzində Britaniyadan müstəqillik əldə edə bilər.

“Füyuzat”ın məlumatına görə, bunu Şotlandiyanın birinci naziri Con Svinni deyib.

“Yaxın 5 il ərzində müstəqillik əldə edilə bilər, çünki müstəqillik iddiası məcburidir. Şotlandiyanın üzləşdiyi iki ən böyük problemə baxsaq, bunlar sosial xərclər və “Brexit”in təsiridir. Hər ikisi əsas strateji amillərdir. Vestminsterdə qəbul edilən qərarlar nəticəsində Şotlandiyaya ciddi iqtisadi və sosial ziyan dəyir və müstəqillik mövcud vəziyyətə cavabdır”, – o, “Sky News”a müsahibəsində deyib.

Svinninin sözlərinə görə, Şotlandiya öz iradəsinə zidd olaraq Avropa İttifaqından çıxarılıb: “Əgər biz müstəqil ölkə olsaydıq, ümumavropa proseslərində iştirak edə bilərdik və “Brexit”in səbəb olduğu dağıntılardan qaça bilərdik”.

2014-cü ildə Şotlandiyanın müstəqilliyi ilə bağlı referendum keçirilib. Onun iştirakçılarının 55%-i Edinburq və London arasında ittifaqın saxlanmasının tərəfdarı olub. Bununla belə, regionda hakim Şotlandiya Milli Partiyası bir neçə ildir ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxması səbəbindən təkrar səsvermənin keçirilməsinin zəruriliyində israr edir. 2016-cı ildə keçirilən ümumxalq referendumunda Şotlandiya əhalisi “Brexit”ə qarşı çıxıb, baxmayaraq ki, Böyük Britaniya ümumilikdə Aİ-dən çıxmağı dəstəkləyib. Britaniya hakimiyyəti bu cür plebisitin yalnız “nəsildə bir dəfə” keçirilməli olduğunu iddia edərək, Şotlandiya üzrə yeni referendum keçirməkdən imtina edir.