Xəbərlər

Şoyqu: Nüvə gücləri arasında toqquşma riski artır

“Beynəlxalq arenada böyük dövlətlər arasında geosiyasi rəqabət güclənir və nüvə gücləri arasında şiddətli toqquşma riskləri artır”.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu TASS-a müsahibəsində bildirib.

“Dünyada artan münaqişə və geosiyasi rəqabətin güclənməsi fonunda nüvə güclərinin iştirakı da daxil olmaqla, böyük dövlətlər arasında şiddətli toqquşma riskləri artır”, – Şoyqu qeyd edib.