Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIl Qrant müsabiqəsinin “Fərdi kateqoriya” üzrə qalib olmuş “Söz Sərrafı” layihəsinin təqdimatı keçirilib.
“Füyuzat”ın məlumatına görə, Şəmkir rayon Fərman Salmanov adına şəhər məktəbində baş tutan tədbirdə layihə rəhbəri layihənin məqsədi, görüləcək işlər və gözlənilən nəticə haqqında ətraflı məlumat verib.
Tədbirdə Qazax–Tovuz Regional Təhsil İdarəsinin əməkdaşları, Şəmkir rayonu üzrə Təhsil Sektorunun rəhbərliyi və müvafiq əməkdaşları, ümumi və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və media nümayəndələri, eləcə də layihə komandasından digər şəxslər – təlimçi, ekspert də iştirak ediblər.
Sonda tədbir iştirakçılarına və qonaqlara minnətdarlıq ifadə edilib və xatirə şəkli çəkilib.
Qeyd edək ki, layihə çərçivəsində dövlət məktəblərində şagirdlər üçün irimiqyaslı natiqlik, təqdimat və ünsiyyət bacarıqları təlimlərinə start verilib.