Xəbərlər

Starmer: Avropa ABŞ-dan ayrı Ukrayna siyasəti yürütməməlidir

“Avropanın ABŞ-dan asılı olmayaraq Ukrayna ilə bağlı siyasət yürütməsi fikri yanlışdır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Böyük Britaniyanın Baş naziri Keir Starmer bildirib.

“Bir çox insanlar bizi ortaq Avropa və Amerika kursu deyil, sırf Avropa kursu ilə getməyə çağırır. Düşünürəm ki, bu həm Ukraynaya münasibətdə, həm də ümumilikdə, kökündən yanlışdır. Məhz NATO əsaslı yanaşma bizə sülh içində yaşamağa imkan verdi. Buna görə də alyans üzvlərinin qorunub saxlanmasına xüsusi diqqət yetirməlidir”, – Starmer əlavə edib.