“Livanda münaqişənin gərginləşməsi İsrailin və Hizbullah hərəkatının maraqlarına uyğun deyil və böyük regional müharibəyə gətirib çıxaracaq”.
“Füyuzat”ın məlumatına görə, bunu Böyük Britaniyanın Baş naziri Key Starmer BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib.
“Mən İsrail və Hizbullahı zorakılığı dayandırmağa və genişmiqyaslı müharibənin astanasından geri çəkilməyə çağırıram. Diplomatik həll şansı üçün dərhal atəşkəs lazımdır. Biz bu məqsədə çatmaq üçün bütün tərəfdaşlarla işləyirik. Eskalasiya heç kimin maraqlarına uyğun olmadığı üçün, münaqişənin hər iki tərəfindəki insanların əzabını artırmaqdan başqa heç nəyə nail olmur və heç kimin idarə edə bilməyəcəyi, həmçinin nəticələrini heç kimin proqnozlaşdıra bilməyəcəyi daha böyük müharibə ehtimalını artırır”, – Baş nazir bildirib.