Xəbərlər

Starmer Zelenski ilə görüşəcək

Böyük Britaniyanın Baş naziri Keir Starmer Londona elan olunmamış səfərlə gələn Ukrayna prezidenti Volodimir Zelenskini öz iqamətgahında qəbul edəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Sky News” Britaniya Nazirlər Kabinetinə istinadən məlumat yayıb.

Verilən məlumata görə, onların söhbəti avqustun 15-də Alyaskada Rusiya prezidenti Vladimir Putinlə Amerika lideri Donald Tramp arasında keçiriləcək danışıqlara həsr olunacaq.