Xəbərlər

Stoltenberq NATO silahlarının Rusiya ərazisində istifadəsini eskalasiya hesab etməyib

NATO Qərb silahlarının, o cümlədən F-16-ların Rusiya ərazisində istifadəsini eskalasiya hesab etmir.

“Füyuzat”ın məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq NATO müdafiə nazirlərinin toplantısına gələrkən deyib.

“Özünümüdafiə Rusiya ərazisindəki hərbi hədəflərin məhv edilməsini əhatə edir, bu, eskalasiya deyil”, – deyə Stoltenberq F-16-dan Rusiya ərazisinə hücumlar üçün istifadənin mümkün olub-olmayacağı sualına cavab verib.