Xəbərlər

Stoltenberq: Ukraynada hərbi əməliyyatlar NATO-nun təhlükəsizliyi üçün zəruridir

“Ukraynada hərbi əməliyyatlar NATO-nun təhlükəsizliyi üçün lazımdır və Kiyevə silah tədarükü alyans ölkələrinin öz təhlükəsizliyinə sərmayədir”.

“Füyuzat”ın məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq söyləyib.

“Sizin etdikləriniz NATO-nun təhlükəsizliyi üçün çox lazımdır. Ukraynaya dəstək xeyriyyəçilik deyil, NATO ölkələrinin öz təhlükəsizliyinə sərmayədir”, – diplomat bildirib.

“Dünən biz Ukraynanın təhlükəsizliyini təmin etmək üçün daha güclü institusional strukturun necə yaradılacağını müzakirə etdik. Ukraynaya bütün hərbi yardımın 99%-i NATO ölkələrindən gəlir, lakin biz əmin olmalıyıq ki, bütün bunlar proqnozlaşdırıla bilən və ədalətli olsun. Ukrayna uzunmüddətli perspektivdə könüllü silah tədarükündən daha az asılı olmalı və NATO öhdəliklərindən daha çox faydalanmalıdır” , – Stoltenberq qeyd edib.