Xəbərlər

Stoyanoqlo: Moldovanın Aİ-yə inteqrasiya kursu Rusiya ilə qarşıdurma demək deyil

Moldova prezidentliyinə namizəd Aleksandr Stoyanoqlo Avropa İttifaqına (Aİ) inteqrasiyanın tərəfdarı olduğunu bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Stoyanoqlo TASS-a müsahibəsində deyib.

“Mən əminəm ki, Moldovanın Avropaya inteqrasiyası, ilk növbədə, ölkəmiz üçün sabit inkişafın təmin edilməsi, həyat səviyyəsinin yüksəldilməsi və demokratik dəyərlərə hörmətin təmin edilməsi üçün bir fürsətdir. Moldova həm Aİ, həm də Rusiya ilə qarşılıqlı hörmətə əsaslanan xarici siyasət qurmağa çalışmalıdır”, – Stoyanoqlo qeyd edib.