“Ukrayna üzrə “istəklilər koalisiyası” belə qənaətə gəlib ki, ən azı bir Avropa lideri Rusiya prezidenti Vladimir Putinlə danışmalıdır”.
“Füyuzat”ın məlumatına görə, bunu Finlandiya prezidenti Aleksandr Stubb deyib.
“Putinlə danışan Fransa və ya Böyük Britaniyadır”, – “Reuters” onun sözlərindən sitat gətirib.
Stubb daha əvvəl Parisdə keçirilən “istəklilər koalisiyası” sammitində Avropa ölkələrinin Rusiya ilə əlaqələrin bərpasını müzakirə etməyə başladığını bildirsə də, gələcək təmasların razılaşdırılmalı olduğunu vurğulamış və mümkün gələcək danışıqlar üçün konkret bir tarix verməmişdi. O həmçinin o vaxt Avropa liderlərindən hansının Putinlə dialoq aparmaq niyyətində olduğunu da açıqlamayıb.
Martın 27-də Parisdə “istəklilər koalisiyası”nın sammiti keçirilib və burada 30-a yaxın ölkənin nümayəndələri Ukrayna münaqişəsi başa çatdıqdan sonra Kiyev üçün mümkün təhlükəsizlik təminatlarını müzakirə ediblər. Əsas mövzulardan biri Ukrayna ərazisində potensial hərbi kontingentin yerləşdirilməsi olub. ABŞ bu sammitdə iştirak etməyib.



