Sumqayıt şəhərində 700 abonentin qaz təchizatında fasilə yaranacaq.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Azəriqaz” İB Sumqayıt QİS-dən məlumat verilib.
Məlumata əsasən, balans qovşaqlarının mövcud şəbəkəyə qoşulması ilə əlaqədar bu gün şəhərin Çerkassi küçəsində saat 11:00-dan etibarən 700 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.



