Xəbərlər

Sumqayıtda 800 abonentin qazı kəsiləcək

Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Azəriqaz” İstehsalat Birliyi Sumqayıt QİS-dən məlumat verilib.

Bildirilib ki, balans qovşağında aparılacaq təmir işləri ilə əlaqədar oktyabrın 13-də, saat 14:00-dən etibarən Sumqayıt şəhərinin Sahil küçəsində 800 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Ərazinin qaz təchizatı işlər tamamlandıqdan sonra bərpa olunacaq.