Xəbərlər

Sumqayıtın bəzi ərazilərinin qaz təchizatı dayandırılıb

Bu gün Sumqayıt şəhərində bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılıb.

“Füyuzat”ın məlumatına görə bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt şəhəri, 52-ci məhəllə, Novxanı bağları, Qurd dərəsi və Saray bağları yaşayış ərazilərinin qaz xəttində yaranan qəzanın aradan qaldırılması ilə əlaqədar saat 13:50-dən qaz təchizatı dayandırılıb.

Hazırda təmir-bərpa işləri görülür.