Xəbərlər

Süni intellekt 2025-ci ildə ABŞ-da 55000 işçinin işini itirməsinə səbəb olub

Süni intellekt texnologiyaları 2025-ci ildə əmək bazarında həlledici rol oynayıb və ABŞ-da təxminən 55 000 işçinin işini itirməsinə səbəb olub.

“Füyuzat”ın məlumatına görə, bu barədə “CNBC” məlumat yayıb.

“Challenger, Gray & Christmas” konsaltinq şirkətinin hesabatına görə, il ərzində elan edilən işdən azad olunmaların ümumi sayı 1,1 milyonu keçib və 2020-ci ilin pandemiya dövründən bəri ən yüksək səviyyəyə çatıb.