Uncategorized

Süni intellektdən ünsiyyət məqsədilə istifadə depressiya və narahatlıqla əlaqələndirilir

Aparılan yeni tədqiqat göstərib ki, sosiallaşmaq və ya emosional dəstək almaq üçün süni intellekt əsaslı çatbotlardan daha çox istifadə edən şəxslərdə depressiya və narahatlıq əlamətləri daha tez-tez müşahidə olunur.

“Füyuzat”ın məlumatına görə, bu barədə “NBC News” məlumat yayıb.

“JAMA Network Open” jurnalında dərc olunan araşdırmada süni intellektin xüsusilə şəxsi məsləhət və mənəvi dəstək məqsədilə istifadəsinə diqqət çəkilir.