Azərbaycanda 26 dekabr matəm günü ilə əlaqədar televiziyaların proqramında dəyişiklik olacaq.
“Füyuzat”ın məlumatına görə, bu barədə medianın sorğusuna cavab olaraq, Audiovizual Şuradan məlumat verilib.
Bildirilib ki, “Media haqqında” Qanunun tələblərinə uyğun addımlar atılacaq.
Həmçinin ictimaiyyətə əlavə məlumat veriləcəyi vurğulanıb.