“Suriya hakimiyyəti fələstinliləri dəstəkləyir və Qəzza zolağında dərhal atəşkəs tələb edir”.
“Füyuzat”ın məlumatına görə, bunu Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əl-Şibani Nyu-Yorkda BMT Baş Assambleyasının üzvləri qarşısında çıxışı zamanı deyib.
“Biz Fələstin xalqını dəstəkləyir və Qəzza zolağında dərhal atəşkəs və humanitar yardımların maneəsiz çatdırılmasını tələb edirik. Suriya xalqı İsraildən gələn təhdidlərdən narahatdır. İsrailin hava məkanımızı və ərazi bütövlüyümüzü pozmağa davam etməsi səbəbindən normallaşma istiqamətindəki səylərimiz real təhlükə altındadır. Suverenliyimizi pozan hücumlar Suriyanın sabitliyini də pozur. Ölkəmizin təhlükəsizliyi qonşularımızın təhlükəsizliyi və sabitliyindən ayrılmazdır. Biz sülhü təhdid edən istənilən siyasəti rədd edirik”, – nazir əlavə edib.