Xəbərlər

Suriya prezidenti Moskvaya səfər edəcək

Suriya Ərəb Respublikasının prezidenti Əhməd Əl-Şara oktyabrın 15-də keçiriləcək birinci Rusiya-Ərəb sammitində iştirak etmək üçün Moskvaya səfər edəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə ölkənin Moskvadakı səfirliyindən məlumat verilib.

“Dünən Dəməşqdə mətbuat konfransı zamanı elan olunduğu kimi, Suriya tərəfi qarşıdan gələn Rusiya-Ərəb sammitində iştirak edəcək. Nümayəndə heyətinə Suriya Ərəb Respublikasının prezidenti zati-aliləri başçılıq edəcək”, – məlumatda bildirilib.