Suriyada nizamlanma üçün Astana formatında iştirak edən ölkələrin (Rusiya, İran, Türkiyə) xarici işlər nazirləri dekabrın 7-də Qətərdə görüşəcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
2011-ci ildən Suriyada silahlı qarşıdurma davam edir. Astana formatı kimi tanınan Astanada danışıqlar 2017-ci ildən başlayıb. Astana formatına Suriya böhranının həlli prosesinin təminatçısı olan ölkələr kimi Rusiya, İran və Türkiyə, habelə Suriyanın hökumət və müxalifət nümayəndələri, BMT və müşahidəçi ölkələr – İordaniya, Livan və İraq daxildir.